Bütün ermənilərin katolikosu II Qaregin və 6 yepiskopa qarşı məhkəmə prosesi qapalı keçirilir.
Ermənistan mediasının xəbərinə görə, məhkəmə hakimi müəyyən şəxsi məlumatların nəzərdən keçirildiyini əsas gətirərək bu barədə qərar qəbul edib, media məhkəmə zalından çıxarılıb.
Hakim məhkəmənin sonrakı mərhələdə fərqli formatda keçiriləcəyi ehtimalını istisna etməyib.
II Qaregin dinləmədə şəxsən iştirak etmək qərarına gəlib.
Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi II Qareginin yepiskop Gevork Saroyanı vəzifəsindən azad etmək qərarından sonra cinayət işi açıb. Saroyanın Ermənistan Apostol Kilsəsi ilə münaqişədə hakimiyyəti dəstəklədiyi bildirilir.