Ötən ay üç icbari sığorta növü üzrə 12 minədək müqavilə bağlanıb

Ötən ay üç icbari sığorta növü üzrə 12 minədək müqavilə bağlanıb
# 01 may 2015 13:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Aprel ayında üç icbari sığorta növü üzrə 11 783 müqavilə bağlanıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən xəbərə görə, bu müqavilələrin 10 963-ü daşınmaz əmlakın icbari sığortası, 737-si daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, 83-ü isə sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələrinin payına düşür.

Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1 529,378 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 56 790 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 49 072 manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 56% azalma, həmçinin, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında da 9% azalma müşahidə edilib. Sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında heç bir dəyişiklik olmayıb.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 70,25%-i yaşayış evləri və mənzillər, 0,38%-i inzibati binalar, 29,37%-i isə digər daşınmaz əmlakla bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR