CEIBC prezidenti Telman Əliyev istefa verib

CEIBC prezidenti Telman Əliyev istefa verib
# 01 aprel 2013 15:26 (UTC +04:00)

APA-nın məlumatına görə, Telman Əliyev jurnalistlərə açıqlamasında artıq tutduğu vəzifədən azad olunmaq üçün klubun fəxri sədri, Azərbaycan prezidenti İlham Əliyevə ərizə yazdığını deyib.

Qeyd edək ki, Telman Əliyev 10 ildən artıq Kluba göstərdiyi dəstək və diqqətə görə Azərbaycan prezidenti, CEIBC-nin fəxri sədri İlham Əliyevə minnətdarlığını bildirib.

O, həmçinin qeyd edib ki, ətraflı məlumat Klubunun növbəti iclasında elan olunacaq. Bununla yanaşı T. Əliyev klubun baş icraçı direktoru və “Caspian Energy International Media Group”un Direktorlar Şurasının sədri vəzifələrini müvəqqəti olaraq saxladığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR