Kolumbiyada üsyançılar birtərəfli atəşkəs elan edib

Kolumbiyada üsyançılar birtərəfli atəşkəs elan edib
# 17 dekabr 2014 22:52 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bunu FARC-ın nümayəndələri bəyan edib.

Qeyri-müəyyən müddətədək döyüş əməliyyatlarına son qoyduğunu vurğulayan FARC atəşin dayandırılmasını barışığa keçəcəyinə ümid edib. “Yalnız hərbçilərin bizə hücum etdiyi təqdirdə yenidən silaha sarılacağıq”, deyə FARC nümayəndələri bildirib.

Məlum olduğu kimi, dekabrın 16-da "Kolumbiya inqilabi silahlı qüvvələri"nin 9 üzvü hökumət qüvvələri ilə gedən döyüşlərdə öldürülüb.

Xatırladaq ki, solçu radikal FARC qruplaşması təxminən 50 ildir Kolumbiya hökumətinə qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR