Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər Azərbaycan və 2 nəfər xarici ölkə vətəndaşı barəsində tədbirlər görülüb

Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər Azərbaycan və 2 nəfər xarici ölkə vətəndaşı barəsində tədbirlər görülüb
# 06 mart 2013 12:05 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci ilin yekunlarına dair hesabatında bildirilib.

Bundan başqa, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 10 nəfər şəxs saxlanılıb. Milli Təhlükəsizlik Nazirliyi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Evrovision-2012» mahnı müsabiqəsi ərəfəsində ölkə ərazisində terror aksiyası törətmək niyyətində olan 3 nəfər Azərbaycan vətəndaşı tutulub. Qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəlmiş tədbirlər nəticəsində 637 sərhəd pozucusu tutulub, təqribi məbləği 8 mln. 223 min manat təşkil edən qaçaqmal predmeti saxlanılıb. Tutulan sərhəd pozucularının 36,6%-i Rusiya ilə dövlət sərhədində, 34,9%-i hava limanlarında, 14,9%-i İran, 11,3%-i Gürcüstanla dövlət sərhədində, 2%-i dənizdə, 0,3%-i isə Türkiyə ilə dövlət sərhədində saxlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində həmçinin ideoloji cəhətdən zərərli 326 ədəd kitab, 2527 ədəd DVD diski və 2 ədəd xəritənin ölkəyə gətirilməsinin qarşısı alınıb. Narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə tədbirləri nəticəsində isə dövlət sərhədindən keçirməyə cəhd göstərilən 251 kq 233 qram narkotik maddə aşkar edilərək götürülüb. «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində «saxla» statusunda olan 2070 nəfər dövlət sərhədindən keçərkən saxlanılaraq müvafiq qurumlara verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR