Şirvanda “Yay kinoteatrı”-nın açılışı olub - FOTO - VİDEO

Şirvanda “Yay kinoteatrı”-nın açılışı olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 31 avqust 2015 22:11 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvanda SSRİ dövründə fəaliyyətdə olan, sonradan baxımsızlıqdan sıradan çıxaraq fəaliyyətini dayandıran “Yay kinoteatrı” əsaslı təmir və bərpadan sonra tamaşaçıların istifadəsinə verilib.

1450 kvadratmetr sahəsi olan Yay kinoteatrı yenidən qurulub. 330 ədəd tamaşaçı tutumu olan kinoteatrın səhnəsi yeni tərtibatda qurulub. İşıqlandırma sistemi və səhnəyə yeni müasir avadanlıqlar quraşdırılıb. Kinoteatrın ümumi görkəmi dəyişdirilib, ətrafında yaşıllaşdırma və abadlıq işləri görülüb.

Açılış mərasimindən sonra Şirvan şəhərinin orta məktəblərindən 600-dən yuxarı bal toplayıb tələbə adını qazanan məzunlara qiymətli hədiyyələr verilib. Sonda Yay kinoteatrında respublikanın tanınmış incəsənət ustaları maraqlı konsert proqramları ilə çıxış edib. Açılış mərasimində Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov və Millət vəkili Azay Quliyev iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR