Moskva hava limanlarında son sutka ərzində 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş ləğv edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, hava limanlarında məhdudiyyətlər Ukraynanın dron hücumları təhlükəsi səbəbindən tətbiq edilib.
Vnukovoda 158 uçuş təxirə salınıb, 38-i ləğv edilib. Şeremetyevoda 157 uçuş təxirə salınıb, 11-i ləğv edilib. Domodedovoda 58 uçuş təxirə salınıb, 13-ü ləğv edilib.
Moskva aeroportlarında təyyarələrin gəlişi və uçuşuna qoyulan məhdudiyyətlər hələ də qüvvədədir.