Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi elektron informasiya tablolarına yeniliklər əlavə edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi elektron informasiya tablolarına yeniliklər əlavə edib
# 29 yanvar 2013 12:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yollardakı vəziyyəti göstərən tablolarda daha ətraflı məlumat verəcək.

NİİM-dən APA-ya verilən məlumata görə, mərkəz cari ilin yanvar ayından etibarən paytaxt yollarının kənarlarında yerləşən elektron informasiya tablolarını daha başadüşülən etmək üçün yeniliklər əlavə edib. Belə ki, istiqamətləri göstərən qrafiklərə küçə və prospektlərdəki dairələr də əlavə olunub ki, bu da sürücülərin işini daha da yüngülləşdirir. Bundan başqa, tablolarda yollar hərəkət istiqamətləri üzrə əks olunub. Yazıların ölçüsü isə mümkün qədər böyüdülüb.

Qeyd edək ki, qrafik şəkildə təqdim edilən istiqamətlər nəqliyyat axınının intensivliyinə görə müxtəlif rənglərlə qeyd olunur. Yaşıl rəngli qrafiklər yolun normal və sərbəst avtomobil hərəkəti mümkün olduğunu göstərir. Sarı rəngli qrafiklər yolun nisbətən yüklü və hərəkətin aşağı sürətli olduğu mənasını verir. Qırmızı rəngli qrafiklər isə yolun tıxaclı olduğunu göstərir.

Qeyd edək ki, NİİM 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR