Rusiyanın Ombudsmanı Yana Lantratova və Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev bu gün Ağ Evdə ABŞ-ın birinci xanımı Melaniya Trampla görüşdə iştirak edəcəklər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Lantratova və Dmitriyevin ABŞ vizası aldıqlarını təsdiqləyib.
Qeyd edək ki, bu gün Ağ Evdə ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukrayna və Rusiya nümayəndələrini bir araya gətirəcək. Melaniya Tramp Aleşkidəki atəşkəs barədə bəyanat verəcək.