KİV: Azərbaycanın 3 min vaqon aldığı Rusiya zavodunun perspektivi yoxdur

KİV: Azərbaycanın 3 min vaqon aldığı Rusiya zavodunun perspektivi yoxdur
# 09 aprel 2015 08:31 (UTC +04:00)

Bakı - APA-Economics. Yaxın zamanlarda Rusiyanın Əmək Nazirliyi əmək bazarında gərginliyin aşağı salınması ilə bağlı proqramı təsdiqləməzsə, “Azərbaycan Dəmir Yolları” QSC-yə 3 minə yaxın vaqon tədarük edəcək “Uralvaqonzavod” ASC kütləvi ixtisarlara başlaya bilər.

APA-Economics” RBK-ya istinadən xəbər verir ki, Rusiya hökuməti 2015-ci ildə bütün regionlara ümumilikdə təxminən 52 mlrd. rubl ayırmaq niyyətindədir. Hələlik cəmi 4 regiona 1,8 mlrd. rubl ayrılıb. Bununla yanaşı, “Uralvaqonzavod”da deyirlər ki, maliyyə vəsaitinin alınması üçün hazırlanacaq sifarişin dəqiq meyarları hələ ki, müəyyənləşməyib.

Əmək nazirinin müavini Tatyana Blinovanın rəhbərlik etdiyi komissiyanın tələblərinə əsasən Sverdlovsk regionunun əmək və məşğulluq departamenti üç dəfə sənəddə düzəliş etmək məcburiyyətində qalıb.

RBK-nın məlumatına görə, nazir müavini “Uralvaqonzavod”un perspektivlərinə inanmır.

Bununla yanaşı, “Uralvaqonzavod”un baş direktorunun kadrlar üzrə müavini vəzifəsini müvəqqəti icra edən Yuliya Zotova iddia edib ki, “işəgötürən əməkdaşların ixtisarına hazırlaşmır”.

“Biz ümid edirik ki, 2015-ci ilin sonunda bazar canlanacaq və bunu fikirləşmək üçün bizim əsasımız var. Məsələn, buna zavodumuzun beynəlxalq müqavilələrini misal göstərmək olar. Bundan başqa, ixtisar mürəkkəb və uzun müddət tələb edən bir prosesdir. Hansı ki, müəssisə bundan heç bir iqtisadi səmərə əldə etməyəcək. Əgər bizi ixtisara getməyə məcbur etsələr, biz bunu tədricən edə bilməyəcəyik. Bu halda söhbət minlərlə əməkdaşın ixtisarından gedəcək. Bu isə ağır nəticələrə gətirib çıxara bilər”, -deyə o vurğulayıb.

Xatırladaq ki, “Uralvaqonzavod” mart ayında bəyan edib ki, Azərbaycana təxminən 3 min vaqonun tədarük edilməsi ilə bağlı müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR