Azərbaycanlıların dəstəyi ilə Ukraynada yaşayan etnik xalqların problemlərinə həsr olunan konfrans keçirilib - FOTO

Azərbaycanlıların dəstəyi ilə Ukraynada yaşayan etnik xalqların problemlərinə həsr olunan konfrans keçirilib - <span style="color: red;">FOTO
# 26 oktyabr 2015 18:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynanın Lvov şəhərində azərbaycanlıların dəstəyi ilə ölkədə yaşayan etnik xalqların problemlərinə həsr olunan konfrans keçirilib.

Ukrayna Millətlər Assambleyasından (UMA) APA-ya verilən məlumata görə, ölkədə yaşayan azərbaycanlıların, yəhudilərin, almanların, polyakların, yunanların, litvalıların, asiriyalıların, çexlərin, macarların, rusların, belarusların təmsil olunduğu təşkilatların iştirak etdiyi tədbirdə etnik millətlərin Ukraynanın vahidliyindəki rolu barədə müzakirələr aparılıb, hökumətə təkliflər hazırlanıb.

UMA rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Lvov vilayəti mədəniyyət idarəsinin rəisi Mixail Moroz, Lvov şəhər Administrasiyasının rəsmiləri, qərbi Ukrayna üzrə Millətlər Assambleyasının rəhbəri Natalya Dutko-Məmmədova, Lvov vilayəti Birləşmiş Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov və etnik xalqları təmsil edən təşkilat rəhbərləri çıxış edərək “Çoxmədəniyyətli ölkə olan Ukraynada etnik siyasətinin reallıqları görmək”, “Mədənimüxtəliflik siyasətinin inkişafı”, “Etnik xalqların hakimiyyət orqanlarında yer alması” mövzuları müzakirə ediblər.

Müzakirələrdən sonra qərbi Ukraynada məskunlaşan etnik xalqlar ilə bağlı bir sıra təkliflər Nazirlər Kabinetinə, prezident Poroşenkoya və Ali Radaya göndərilib.

Konfransın ardınca Ukrayna Millətlər Assambleyası, “Misteckiy Hram” xeyriyyə fondu və “Davud Muslumov-Vladimir Dumcak” xeyriiyyəçiliyinin dəstəyi ilə konsert proqramı təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR