Parisdə muğam gecəsi keçirilib

Parisdə muğam gecəsi keçirilib
# 13 fevral 2013 16:48 (UTC +04:00)

Bakı. Ülkər Qasımova-APA. Parisdə fəaliyyət göstərən "Azərbaycan Evi" təşkilatı Heydər Əliyev Fondunun və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Fransanın Lion şəhərində muğam gecəsi təşkil edib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə "Azərbaycan Evi"nin sədri Mirvari Fətəliyeva çıxış edərək qonaqlara ölkəmizin zəngin mədəniyyəti, xalq yaradıcılığının məhsulu olan muğam musiqi janrı, eyni zamanda, təşkilat barəsində məlumat verib.

Gənc ifaçılar Nigar Şabanova və Elnur Zeynalovun ifa etdikləri muğamlar və təsniflər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Onları musiqi alətlərində Rövşən Qurbanov, Ceyhun Muradov, Kamran Kərimov, Çinarə Mütəllibova və Coşqun Sadıqov müşayiət ediblər.

Konsert Lion şəhərindən, eləcə də Fransanın Vien, Marsel, Annesi kimi şəhərlərindən gəlmiş tamaşaçılar tərəfindən çox böyük marağa səbəb olub. Konsertdən sonra fransız tamaşaçıları gecənin təşkilatçılarına ölkəmiz, muğam və milli musiqi alətlərimiz barədə suallarla müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR