Azərbaycanın rayonlarında duman və çiskin olacaq

Azərbaycanın rayonlarında duman və çiskin olacaq
# 04 aprel 2013 09:50 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman və çiskin qeydə alınacaq. Ayrı-ayrı cənub rayonlarında qısamüddətli az yağış yağması ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcəyədək isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoza əsasən, aprelin 5-dən 8-dək Abşeron yarımadasında komfortlu hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR