Rusiya enerji resurslarının xarici bazarlara tədarükünün məhdudlaşdırılması cəhdləri ilk növbədə avropalıların özləri üçün ciddi nəticələrə səbəb olacaq.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Yanacaq-energetika Kompleksi üzrə Komissiyanın iclasında bildirib.
O qeyd edib ki, Rusiya enerji daşıyıcılarının Avropaya ixracını məhdudlaşdırmaq cəhdləri davam edir və bu addımların nəticələri artıq açıq şəkildə görünür.
“Onlarda bizim neft və qazımız daha az, problemlər isə daha çox olacaq”, – Putin əlavə edib.