Bank Of Baku

Sevdiyi qızı öldürüb, anasını yaralayan şəxsə hökm oxunub

Sevdiyi qızı öldürüb, anasını yaralayan şəxsə hökm oxunub
# 26 aprel 2019 12:24 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və adam öldürməyə cəhddə ittiham edilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ONA-nın xəbərinə görə, Rasim Sadıxovun  sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, S. Qədimov 19 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Bakının Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi göndərib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Bu vaxt o, ov tüfəngi ilə A. Cəfərova və onun anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərovaya atəş açıb. Gənc qız aldığı xəsarətdən ölüb, E.Cəfərovanın həyatını xilas etmək mümkün olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR