Fevral ayında Azərbaycan ərazisində 195 partlamamış hərbi sursat və mina zərərsizləşdirilib

Fevral ayında Azərbaycan ərazisində 195 partlamamış hərbi sursat və mina zərərsizləşdirilib
# 10 mart 2015 08:53 (UTC +04:00)

179 PHS, 3 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

APA-nın Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi məlumata görə, əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 119 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 281.166.915 kvadrat metr ərazi təmizlənib.

Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689.883-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Qazax, Gədəbəy və Tərtər rayonlarında davam etdirilir.

Məlumatın minadan zərərçəkənlər hissəsində qeyd edilir ki, 2015-ci ilin fevral ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR