DSX: ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan ərazisindən 11 ton narkotik maddənin keçirilməsi ehtimal kimi qeyd olunub

DSX: ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan ərazisindən 11 ton narkotik maddənin keçirilməsi ehtimal kimi qeyd olunub
# 15 mart 2013 11:55 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) İstintaq və Təhqiqat İdarəsinin rəisi, polkovnik Azər İbrahimov bildirib.


Onun sözlərinə görə, hesabatda Azərbaycan ərazisindən 11 tonadək narkotik maddənin keçirilməsi ehtimal kimi qeyd olunub. Lakin yerli mediada bu hesabat təqdim edilərkən 11 tonadək narkotik maddənin keçirilməsinin ehtimal olduğu qeyd edilməyib: “Azərbaycan-İran sərhədinin 132 kilometri Ermənistanın nəzarətindədir. Bu nəzarətsiz qalmış ərazidən nəinki narkotik maddələr, hətta silah qaçaqmalçılığı üçün istifadə olunur. Əlimizdə olan məlumatlara görə, həmin nəzarətsiz ərazidən narkotik maddə və silah qaçaqmalçılığından əldə olunan vəsait terrorizmin maliyyələşməsi üçün istifadə olunur. Gələcəkdə bu ərazidən nüvə və radioaktiv komponentlərin keçirilməsinin mümkünlüyünü də istisna etmirik”.

A. İbrahimov bildirib ki, hesabatda narkotiklərin İran sərhədindən keçirildiyi göstərilib: “Bizim İran sərhəd polisinin nümayəndələri ilə sıx əlaqələrimiz mövcuddur”.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan tərəfinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərə nəzarət edə bilməməsindən narahatlıq ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR