Bank Of Baku

Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb

Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
# 17 sentyabr 2026 10:55 (UTC +04:00)

Rusiyanın İrkutsk vilayətində ayı giləmeyvə toplayan iki kişini parçalayıb.

Rusiya mediasının xəbərinə, hadisə yerində olan digər şəxs qaçmağı bacarıb.

Məlumata görə, ayı rayon mərkəzindən 80 km-dən çox məsafədə, Krasnoyarovo kəndi yaxınlığında tayqada Kirenskin üç sakininə hücum edib.

Hadisə nəticəsində 65 və 55 yaşlı kişilər ölüb.

Hadisə yerinə polis və ovçular gəlib, ayıya atəş açılsa da, o, ərazidən uzaqlaşıb.

Qeyd edək ki, son günlər Rusiyada ayıların insanlara hücumları artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR