Rusiya XİN: ABŞ hərbçilərinin Ukraynaya gəlməsi Minsk razılaşmalarına ziddir

Rusiya XİN: ABŞ hərbçilərinin Ukraynaya gəlməsi Minsk razılaşmalarına ziddir
# 22 aprel 2015 22:25 (UTC +04:00)

Bakı-APA. ABŞ hərbçilərinin Ukraynaya gəlməsi Minsk razılaşmalarına ziddir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı deyib.

“Lvovun Yavorovskiy poliqonuna ABŞ-ın 173-cü hava-desant briqadasının hərbçilərinin, Donbasa isə “Academy” hərbi şirkətinin heyətinin gəlməsi Minsk razılaşmalarına ziddir”, deyə S.Lavrov bildirib.

Bundan əvvəl, Antiterror Əməliyyatın rəsmi sözçüsü Andrey Lısenko Ukraynaya 300 ABŞ hərbçisinin gəlməsini bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR