Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb

Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb
# 30 may 2016 10:55 (UTC +04:00)

Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər rayon 2-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də Bakı şəhər sakini Ruslan Əzimovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobilin sürücüsü - paytaxt sakini Pərvin Tağıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR