"Özbək-Azərbaycan, Azərbaycan-Özbək danışıq kitabı"nın təqdimat mərasimi keçirilib

"Özbək-Azərbaycan, Azərbaycan-Özbək danışıq kitabı"nın təqdimat mərasimi keçirilib
# 31 oktyabr 2014 13:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Özbək-Azərbaycan, Azərbaycan-Özbək danışıq kitabı"nın təqdimat mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, təqdimat mərasimi Özbəkistan Milli Kitabxanasında keçirilən III Kitabxana-İnformasiya həftəsi çərçivəsində təşkil olunub.

Layihənin rəhbəri Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, kitabın tərcüməçiləri özbək alimləri və tərcüməşünasları Nosir Maxmudov, Babaxan Şərif və Rüstəm Cabbarovdur.


Mərasimdə Özbəkistan Milli Kitabxanasının əməkdaşları, oxucular, Azərbaycan səfirliyinin diplomatları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış özbək mütəxəssislər, tərcüməçilər, yazıçılar iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR