Hacıqabul və Neftçala şəhərlərinin Baş planları təsdiq edilib

Hacıqabul və Neftçala şəhərlərinin Baş planları təsdiq edilib
# 13 iyul 2015 06:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Hacıqabul və Neftçala şəhərlərinin Baş planları təsdiq edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, komitənin sifarişi əsasında müvafiq şirkət tərəfindən hazırlanan Hacıqabul və Neftçala şəhərlərinin Baş planlarının işlənilməsi başa çatdırılıb.

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 19.06.2015-ci il tarixli 117 nömrəli sərəncamı ilə Hacıqabul şəhərinin Baş planı və Neftçala rayon İcra Hakimiyyəti başçısının 23.06.2015-ci il tarixli 65 nömrəli sərəncamı ilə Neftçala şəhərinin Baş planı təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR