Putin: "Rusiya bu il 4,6 milyard dollarlıq silah və hərbi texnika ixrac edib"

Putin: "Rusiya bu il 4,6 milyard dollarlıq silah və hərbi texnika ixrac edib"
# 08 iyul 2016 15:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya 2016-cı ildə 4,6 milyard dollar dəyərində silah və hərbi texnika ixrac edib.

APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq məsələləri üzrə komissiyanın iclasında deyib. O bildirib ki, sifariş portfeli 50 milyard dolları keçib.

V. Putin Rusiya Hərbi Sənaye Kompleksinə daxil olan şirkətləri digər ölkələrlə rəqabətin güclənməsinə hazır olmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR