"İnterfaks": Özbəkistan hökuməti İslam Kərimovun ölüm xəbərini təsdiqləyib

"İnterfaks": Özbəkistan hökuməti İslam Kərimovun ölüm xəbərini təsdiqləyib
# 02 sentyabr 2016 16:44 (UTC +04:00)

Bakı - APA. Özbəkistan hökuməti ölkə prezident İslam Kərimovun vəfat etməsi barədə xəbərləri təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə "İnterfaks" agentliyi Özbəkistan hökumətinin saytına istinadən məlumat yayıb.

Xatırladaq ki, gün ərzində "Reuters" agentliyi üç diplomatik mənbəyə istinadən İ. Kərimovun vəfat etməsi barədə xəbər yaymışdı.

Qeyd edək ki, avqustun 28-də "fergana.ru" saytı İ. Kərimovun xəstəxana yerləşdirildiyi xəbərini verib. Eyni sayt bir gün sonra prezidentin öldüyünü bildirib. Lakin bu xəbər Özbəkistan hökuməti tərəfindən təsdiqlənməyib.

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR