Xudatda baş verən iki yol qəzası nəticəsində beş nəfər xəsarət alıb

Xudatda baş verən iki yol qəzası nəticəsində beş nəfər xəsarət alıb
# 18 aprel 2013 07:03 (UTC +04:00)

Xudat. Vəli Turan - APA. Xudatda eyni saatda 2 yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun məlumatına görə, qəzalardan biri Xudat-Qusar avtomobil yolunun 9-cu km-də, Ləyərqışlaq kəndi ərazisində qeydə alınıb.

Xudat şəhər sakini, 38 yaşlı Nadir Xosrovoğlunun idarə etdiyi “Opel” markalı avtomobil qəflətən idarəetməni itirərək yolun kənarındakı ağaclara çırpılıb. Nəticədə avtomobildə olan Xaçmaz rayon sakini, 35 yaşlı Emil Qədirov, Qusar rayon sakini, 23 yaşlı Nail Nağıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xudat Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Digər qəza Quba-Qusar yolunun 4 km-də qeydə alınıb. “Mercedes” markalı minik avtomobili qəflətən yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü Renat Vəzirov və onun yanında olan sərnişin xəsarət alıblar. Hər iki qəzaya yağmurlu hava şəraitinin səbəb olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR