Azərbaycanda pensiyaların hesablara köçürülməsinin şəhər və rayonlar üzrə qrafiki açıqlanıb - FOTO

Azərbaycanda pensiyaların hesablara köçürülməsinin şəhər və rayonlar üzrə qrafiki açıqlanıb - <span style="color: red;">FOTO
# 20 fevral 2013 11:08 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların pensiyaçıların hesablarına köçürülməsi ilə bağlı qrafiki açıqlayıb.

«APA-Economics»in məlumatına görə, bu qrafikin tətbiqindən sonra istənilən şəhər və rayon sakinləri pensiya məbləğlərinin hesablara nə vaxt oturacağını əvvəlcədən biləcək ki, bu da həmin sahədə qeyri-müəyyənliyi aradan qaldırmaqla pensiyaçıların işini yüngülləşdirəcək.

DSMF sədri Səlim Müslümov bildirib ki, ötən illər ərzində fond əmək pensiyalarının maliyyələşdirilməsini vaxtında həyata keçirsə də, müəssisə və təşkilatlar tərəfindən əməkhaqqı ödənişləri adətən ayın sonunda baş verdiyindən, sosial sığorta haqlarının Fonda köçürülməsi də həmin tarixə təsadüf edir ki, bu da xərclərin müəyyən fasilələrlə maliyyələşdirilməsinə səbəb olur: “Bunun nəticəsində isə pensiyaların hansısa rayonda, digər rayonla müqayisədə vətəndaşların hesablarına bir neçə gün fərqi ilə köçürülməsi müəyyən narazılıqlar yaradırdı”. Belə problemlərin qarşısının alınması üçün DSMF və Maliyyə Nazirliyi arasında birgə aparılan müzakirələrin yekunu olaraq iki dövlət qurumu arasında pensiyaların əhaliyə vaxtında, sabit və dayanıqlı çatdırılmasının təmin edilməsi barədə razılaşma protokolu imzalanıb.

S.Müslümov nəzərə çatdırıb ki, protokolun imzalanması nəticəsində pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkiləcək. Belə ki, xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacaq. Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə, istirahət və bayram günlərindən sonrakı iş günündə icra ediləcək. Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrasının həyata keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR