Bank Of Baku

Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb

Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
# 17 sentyabr 2026 23:44 (UTC +04:00)

Ermənistanın Korrupsiyaya qarşı mübarizə məhkəməsi “Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyanın ev dustaqlığının müddətini daha iki ay uzadıb.

Ermənistan mediasının məlumatına görə, məhkəmənin qərarını hakim Vahe Dolmazyan elan edib.

Hakim bildirib ki, işin gedişi, o cümlədən şahid ifadələrinin məzmunu nəzərə alınmaqla, ev dustaqlığının tətbiq edilməsinə əsas verən halların hələ aradan qalxmadığı qənaətinə gəlinib.

Bu səbəbdən Samvel Karapetyanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin daha iki ay uzadılması barədə qərar qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR