Bu ilin 6 ayı ərzində narkotik satışı ilə bağlı 478 fakt müəyyən edilib, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib

 Bu ilin 6 ayı ərzində narkotik satışı ilə bağlı 478 fakt müəyyən edilib, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib
# 10 iyul 2015 15:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Bu ilin 6 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotiklərlə əlaqədar 1807 cinayət, o cümlədən satışı ilə bağlı 478 fakt müəyyən edilib, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib” .

APA-nın məlumatına görə, bu barədə bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclasında nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

O qeyd edib ki, qanunsuz dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 16 faiz çox və ya 432 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 90,2 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR