Bakıda “Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala 100” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala 100” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 01 aprel 2015 08:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Aprelin 21-22 tarixlərində Bakıda Heydər Əliyev Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala 100” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov məlumat verib.

Y. Mahmudov bildirib ki, konfransda Türkiyədən Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Arif Beyhanın başçılığı etdiyi alimlər iştirak edəcək: ““Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala 100” beynəlxalq konfransı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. Konfransda azərbaycanlı və türkiyəli alimlər məruzə ilə çıxış edəcək. Artıq Türkiyədən qonaqlarımızı dəvət etmişik. Biz tədqiqatçılar heyətindən əlavə, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix təhsili alan tələbələri də konfransa toplamağı qarşımıza məqsəd qoymuşuq. Düşünürəm ki, bu konfrans geniş əks-səda doğuracaq. Konfransda çoxsaylı sənədlər təqdim olunacaq. Biz bu konfransa son dərəcə geniş hazırlıq işləri aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR