Kənd rayonlarında çalışan gənc mütəxəssislərə ayrılan kompensasiyaların, aylıq əməkhaqqına ödənişlərin məbləği artırılıb

Kənd rayonlarında çalışan gənc mütəxəssislərə ayrılan kompensasiyaların, aylıq əməkhaqqına ödənişlərin məbləği artırılıb
# 19 avqust 2014 06:52 (UTC +04:00)

APA-nın məlumatına görə, indiyə qədər pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilib.

Qərara əsasən, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərməli idilər. Eyni zamanda rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 manat məbləğində əlavə ödənilib.

Dəyişikliyə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması nəzərdə tutulan gənc mütəxəssislər üçün yaş həddi konkretləşdirilərək 35 yaşadək müəyyən edilib. Artıq 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində tək kommunal xərcləri deyil, yaşayış yerinin kirayə haqqının da ödəmək üçün ümumilikdə 60 manat məbləğində kompensasiya veriləcək. Yerli icra hakimiyyəti orqanları üzərindən gənc mütəxəssislərə ipoteka kreditlərinin verilməsinə köməklik göstərməsi barədə öhdəlik götürülüb. Bundan sonra yerli icra hakimiyyəti orqanlarına yalnız bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərmək tapşırılıb. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərin 3 il müddətində aylıq əməkhaqqına əlavənin məbləği də 70 manatdan 100 manata qaldırılıb. Digər dəyişikliyə əsasən 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya və əməkhaqqına əlavə ödəniləcək. Qərar 2014-cü il sentyabrın 15-dən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR