Bu gündən Bakı-Xarkov aviareysi açılıb

Bu gündən Bakı-Xarkov aviareysi açılıb
# 16 mart 2013 08:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən «UTair-Ukraine» aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşlara başlayıb.


Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, Xarkovdan Bakıya və əks istiqamətdə uçuşlar hər həftənin VI günləri «Charles» tipli təyyarələrlə yerinə yetirilir: «Xarkovdan təyyarə yerli vaxtla saat 22:00-da havaya qalxıb və Bakı vaxtı ilə saat 02:30-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Bakı-Xarkov aviareysi üzrə isə uçuş saat 03:30-da yerinə yetirilib ki, təyyarə Xarkov vaxtı ilə saat 04:00-da hava limanına enib».


Qeyd edək ki, hazırda Bakı ilə Xarkovu həmçinin dəmir yolu əlaqəsi birləşdirir. Bakıdan Xarkova qatar həftənin II günləri saat 23:30-da hərəkət edir və qatar mənzil başına IV günü saat 17:32-də çatır.

Xatırladaq ki, sozügedən aviareys Ukrayna-Azərbaycanlılar Konqresinin Xarkov regional təşkilatının təşəbbüsü ilə açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR