Qız qaçıran şəxslərə 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası verilib

Qız qaçıran şəxslərə 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası verilib
# 26 may 2015 13:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Vahid Zülfüqarov, Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə V. Zülfüqarov 12 il, E. Qədirov, A. Xankişiyevin hər biri 11 il, N. Tağıyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V. Zülfüqarov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq sevdiyi qızı qaçırıb. Qızın ailə üzvlərinin şikayətindən sonra təqsirləndirilən şəxslər tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR