Göygöl polisi narkotik istifadəçisi olan 21 yaşlı gənci saxlayıb

Göygöl polisi narkotik istifadəçisi olan 21 yaşlı gənci saxlayıb
# 12 noyabr 2014 12:22 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Göygöl polisi uzun müddətdir narkotik vasitələrin istifadəçisi olan 21 yaşlı gənci saxlayıb.

APA-nın qərb bürosunun məlumatına görə, Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 1993-cü il təvəllüdlü rayon sakini Elşən Abbasov şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilən zaman əvvəlcə ondan 10 qrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin yaşadığı mənzilə baxış keçirilən zaman oradan 325 qramdan çox qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı E.Abbasov bir neçə ildir narkotik vasitədən istifadə etdiyini bildirib. Gənc olmasına baxmayaraq, o, əvvəllər də oğurluq və adamdöymə cinayətlərinə görə məhkumluq həyatı yaşayıb. Bu dəfə qanunsuz narkotik maddə saxlamaq üstündə tutulan gənc marixuananı Göygöl rayonu ərazisində çay kənarından yığdığını və heç də peşman olmadığını bildirib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR