Natiq Məmmədov: “Daha dəqiqləşdirilmiş siyahılar seçkilərə 25 gün qalmış seçicilərin ixtiyarında olacaq”

Natiq Məmmədov: “Daha dəqiqləşdirilmiş siyahılar seçkilərə 25 gün qalmış seçicilərin ixtiyarında olacaq”
# 27 may 2015 13:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Daha dəqiqləşdirilmiş seçici siyahıları parlament seçkilərinə 25 gün qalmış seçicilərin ixtiyarında olacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) seçici siyahılarının çapı prosesi və saxlanılma şəraiti ilə əlaqədar keçirilən tədbirdə komissiya sədrinin müavini Natiq Məmmədov bildirib.

N. Məmmədov deyib ki, səsvermə günü də daxil olmaqla, istənilən gün seçici siyahılarına seçicilərin adlarının daxil edilməsi mümkündür: “Bu da seçki hüququnun təmin olunması baxımından MSK-nın yaratdığı müsbət imkanlardan biridir”.

Qeyd edək ki, MSK 2015-ci il üçün daimi seçici siyahılarının tərtib olunması və dəqiqləşdirilməsi prosesini başa çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR