Azərbaycan bu il günəş batareyalarının kütləvi istehsalına başlayacaq

Azərbaycan bu il günəş batareyalarının kütləvi istehsalına başlayacaq
# 15 fevral 2011 10:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda Sumqayıt texnoparkında günəş batareyalarının istehsalının təşkili istiqamətində hazırlıq işlər aparılır ki, 2011-ci ilin sonunda artıq bu məhsulun kütləvi istehsalına başlanıla bilər.

Bundan başqa, nazir müavini ölkədə istehsal olunan LED lampaları və Balaxanıda inşa olunan bərk məişət tullantılarının yandırılması zavodunun nşası layihələrini də qeyd edib.

Qeyd edək ki, sözügedən zavodun fəaliyyəti nəticəsində 500 min ton məişət və 10 min ton tibbi tullantılar utilizasiya olunacaq və bunun nəticəsində 230 mln. kVt/saat elektrik enerjisi istehsal ediləcək. Müəssisənin 2012-ci ilin sonunadək istismara verilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR