Son dörd ildə Azərbaycanda 7500-dən çox vətəndaşa alqı-satqı yolu ilə torpaq sənədləşdirilib

Son dörd ildə Azərbaycanda 7500-dən çox vətəndaşa alqı-satqı yolu ilə torpaq sənədləşdirilib
# 25 yanvar 2013 09:22 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. 2008-ci ilin oktyabr ayından bu günə qədər Azərbaycanda 7500-dən çox vətəndaşa alqı-satqı yolu ilə torpaq sənədləşdirilib.

Bu barədə APA-ya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, sənədləşmə zamanı qanun pozuntularına rast gəlinməyib: “Artıq bu proses tam şəffaflaşıb. Amma 2007-ci ilə qədər bələdiyyələrlə bağlı vəziyyət biabırçı idi. Əvvəllər “Bələdiyyə torpaqlarının idarə olunması” haqqında qanunun 9-cu maddəsində göstərilirdi ki, “bələdiyyə torpaqları vətəndaşa birbaşa, hərrac və müsabiqə yolu ilə verir”. Buna görə bələdiyyələr birbaşa vətəndaşlarla əlaqəyə girirdi ki, bu da neqativ hallara gətirib çıxarırdı. Amma bizim təşəbbüsümüzlə bu söz qanundan çıxarıldı”.

Komitə sədri deyib ki, Bakı bələdiyyələrində əsas problem onların torpaqlarının bəlli olmamasındadır: “Bu, Komitəyə aid məsələ deyil. Bakı şəhər İcra hakimiyyəti bununla məşğul olur. Bakı böyük şəhər olduğundan, infrastrukturu da mürəkkəbdir. Hazırda bu proses aydınlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR