Bank Of Baku

Prokuror İraq vətəndaşına qarşı quldurluq edən qızlara cəza istəyib

Prokuror İraq vətəndaşına qarşı quldurluq edən qızlara cəza istəyib
# 18 aprel 2018 13:04 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirli bilinən Elvira Ələsgərova, Çinarə Bəhlulzdə, Vahid Cəfərzadə, Fəxrəddin Hüseynov, Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov və Kamran Vahabovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

O, Vahid Cəfərzadənin 4 il, Fəxrəddin Hüseynovun 3 il, Anar Kərimovun 13 il, Fəqan Abdullayevin 12 il 6 ay, Nurlan Məmmədovun 12 il, Kamran Vahabov 12 il, Elvira Ələsgərova və Çinarə Bəhlulzadənin hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, quldurluq hadisəsi bu il yanvarın 13-də Bakıda baş verib. Belə ki, Bakıda Tibb Universitetində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikaniyə qarşı quldurluq və oğurluq ediblər. İraq vətəndaşının evindən 30 min manat məbləğində pul oğurlayıblar.

 

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Zəngilan rayon sakini Ç.Bəhlulzadə, Bakı şəhər sakinləri - A.Kərimov, E.Ələsgərova, F.Abdullayev, N.Məmmədov və K.Vahabov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR