Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Naxçıvan Muxtar Respublikasına səfər edib.
APA-nın səfirliyin rəsmi “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, səfər zamanı o, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görüşdə regiondakı iqtisadi vəziyyət müzakirə olunub.