İsxak Hersoq COP29-da iştirak edəcək

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq

© APA | İsrail Dövlətinin Prezidenti İsxak Hersoq

# 27 may 2024 17:02 (UTC +04:00)

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq COP29-da iştirak üçün Bakıya gələcək.

APA xəbər verir ki, o bu barədə Prezident İlham Əliyevə təbrik məktubunda bildirib.

“Fürsətdən istifadə edərək, COP29-da iştirak etmək üçün dəvətə görə Sizə minnətdarlığımı bildirirəm. İqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli yollarının tapılmasına yönəlmiş bu mühüm beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşdığınız vaxtda Sizə uğurlar arzulayıram. Mən şəxsən bu ilin sonunda bu mühüm tədbirdə iştirakı səbirsizliklə gözləyirəm”, - deyə qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR