Monteneqronun sabiq prezidenti: Azərbaycanın COP29-a yaxşı hazırlaşdığına əminəm

Monteneqronun keçmiş prezidenti Filip Vuyanoviç

© APA | Monteneqronun keçmiş prezidenti Filip Vuyanoviç

# 20 iyun 2024 12:48 (UTC +04:00)

Azərbaycan özünün ərzaq və onun idarə edilməsi təcrübəsi ilə nümunə ola bilər.

APA xəbər verir ki bunu "COP29-a aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantının panel çıxışında Monteneqronun keçmiş prezidenti (2003-2018) Filip Vuyanoviç deyib.

"Planetimiz ərzaq və su problemi ilə üzləşir. Bilirik ki, qlobal ərzaq istehsalının təqribən 40 faizi israf edilir, hər bir ölkədə həddindən artıq ərzaq istehsalı baş verir və ərzaq probleminin olmaması, onun həcmi, strukturu, keyfiyyəti və paylanması problemini həll etməliyik. Ərzaq çatışmazlığı səbəbindən yoxsul ölkələrdə insanların həyatı və sağlamlığı risk altındadır. Zəngin ölkələrdə isə ərzaq kütləvi şəkildə məhv edilir. Əgər o təzə deyilsə, rəngarəng deyilsə, o ərzağı məhv edirlər, bunu başa düşmək çox çətindir. Məhz buna görə də qidanın qlobal səviyyədə paylanması ədalət və insanlıq üçün lazımdır. Hesab edirəm ki, ərzaq paylanmasında səmərəli fəaliyyət üçün bütün ölkələrin təcrübəsindən istifadə etmək lazımdır”, - sabiq prezidenti vurğulayıb.

O, Azərbaycanın bu mövzuda yaxşı nümunə olduğunu deyib.

“Azərbaycan özünün ərzaq və onun idarə edilməsi təcrübəsi ilə kömək etmək iqtidarındadır ki, bu, məncə, həm də COP29-un maraqlı vəzifəsi ola bilər. Mən Azərbaycanın COP29-a və bu konfrans çərçivəsində müzakirələrə yaxşı hazırlaşdığına əminəm və arzu edirəm ki, bu müzakirələr uğurlu alınsın. Mən uğurlu nəticələr gözləyirəm”, - Vuyanoviç qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR