Nazir müavini: Azərbaycanda müasir suvarma sisteminə ehtiyac var

Nazir müavini: Azərbaycanda müasir suvarma sisteminə ehtiyac var
# 20 iyun 2024 12:49 (UTC +04:00)

Azərbaycanda müasir suvarma sisteminə ehtiyac var.

APA xəbər verir ki, bunu COP29 Təşkilat Komitəsinin üzvü, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "COP29-a aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantıda çıxışı zamanı deyib.

O, qeyd edib ki, hökumət irriqasiya sisteminin qurulması üçün ümumilikdə 93 milyon manat məbləğində subsidiyalar şəklində əhəmiyyətli maliyyə dəstəyi göstərib:

"Bu, son beş ildə 38 min hektar ərazinin suvarma sisteminin quraşdırılması üçün təxminən 55 milyon ABŞ dolları deməkdir. Amma bu, kifayət deyil. Biz davam etməliyik və eyni zamanda suya qənaət etmək üçün bütün suvarılan sahələri müasir suvarma sistemi ilə əhatə etməliyik".

İ.Qədimova bildirib ki, inteqrasiya olunmuş innovativ texnika və kənd təsərrüfatı təcrübəmizdə irəliləyişin artması vacibdir:

"Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ötən ilin noyabrında təsdiq edilmiş Prezident Fərmanından sonra kənd təsərrüfatına və lizinq fəaliyyətinə dövlət dəstəyini gücləndirəcək. Hökumət onların öz maliyyə resurslarından istifadə etməklə kommersiya qurumlarına ayırdıqları kreditlərə görə qismən faiz dərəcələrini subsidiya edəcək və dövlət zəmanəti verəcək. Bu tənzimləmə ərzaq buğdası istehsalını artırmaq, iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq məqsədi daşıyır. Yeni texnologiyalar kənd təsərrüfatı sistemimizi dəyişdirərək onu daha səmərəli, dayanıqlı və davamlı edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR