Bank Of Baku

İki qardaşın ölümünə səbəb olan sürücünün istintaqı başa çatıb

İki qardaşın ölümünə səbəb olan sürücünün istintaqı başa çatıb
# 13 iyun 2019 10:27 (UTC +04:00)

Sumqayıtda iki qardaşın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əliabbas Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, hadisə bu il Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu və onun qardaşı Zəkiyev Vahid Məzahir oğlu ağır xəsarət səbəbindən hadisə yerindəcə dünyasını dəyişiblər.

2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu, 1995-cı il təvəllüddü Cəfərov Cabir Aslan oğlu və Nəbiyev Cəbi Müdürxan oğlu isə müxtəlif dərəcəli xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb. Cinayət işi üzrə Əliabbas Ağayev təqsirləndirilən şəxs qismində saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR