TRASECA dövlətləri arasında nəqliyyatın hərəkətinə tətbiq olunan icazə sistemi aradan qaldırıla bilər

TRASECA dövlətləri arasında nəqliyyatın hərəkətinə tətbiq olunan icazə sistemi aradan qaldırıla bilər
# 20 dekabr 2006 14:50 (UTC +04:00)
Yaxın gələcəkdə TRASECA (Avropa-Kavkaz-Asiya) nəqliyyat dəhlizində yerləşən dövlətlər arasında nəqliyyatın hərəkətinə tətbiq olunan icazə sisteminin aradan qaldırılmasına dair təkliflər üzv dövlətlər arasında müzakirəyə çıxarıla bilər. Bunu APA-ya açıqlamasında TRASECA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev məlumat verib: “Hazırda TRASECA-ya üzv ölkələrin bəziləri öz aralarında icazələri aradan qaldırıb. Bir müddət əvvəl Qazaxıstan Azərbaycana belə bir təkliflə müraciət etsə də, bu təklif qəbul edilməyib. Bununla bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”.
A.Mustafayevin sözlərinə görə, hazırda Azərbaycanın bütün qonşu dövlətlərlə nəqliyyatın hərəkətinə dair qarşılıql icazəsi var. İcazələrin aradan qaldırılması tranzit imkanlarının artmasına səbəb olacaq. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR