Səlim Müslümov müavinlərinin hansı vəzifələri icra edəcəyini açıqlayıb

Səlim Müslümov müavinlərinin hansı vəzifələri icra edəcəyini açıqlayıb
# 27 fevral 2014 11:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə edilən struktur dəyişikliyi və yeni təyin edilən müavinlərin hansı vəzifələri icra edəcəyini açıqlayıb.

APA-nın xəbərinə görə, nazir Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, nazirliyin əhatəsi çox geniş spektri əhatə edir.

Onun özlərinə görə, buraya insan alveri, məişət zorakılığı qurbanlarına yardımdan tutmuş, əmək bazarının öyrənilməsi, əmək müfəttişliyinin fəaliyyəti, demoqrafiya, əhali sakinliyi, əmək miqrasiyası, işçi qüvvəsinin daxildə və xaricdə miqrasiyası, sosial təminat, məşğulluq və digər məsələlər daxildir. Nazir qeyd edib ki, bütün bunlar üçün geniş spektri tam normal qaydada əhatə etmək üçün prezidentin sərəncamı ilə müavinlərin sayı 4-ə çatdırılıb: “Hər bir müavinin özünün nəzarət edə biləcəyi sahələr müəyyənləşdirilib. Müavinlərdən birincisi (İlqar Rəhimov) sosial təminat məsələlərini, ikincisi (Natiq Məmmədov) məşğulluq məsələlərini, üçüncüsü (Mətin Kərimli) əmək müfəttişliyi, əmək bazarına nəzarət məsələlərini, dördüncüsü (İdris İsayev) isə tibbi sosial-ekspertiza və reabilitasiya məsələlərini nəzarətdə saxlayacaq. İdarəetmədə bu prinsiplər düşünürəm ki, səmərə verəcək və mövcud sahələrə nəzarət gücləndiriləcək. Nazirliyin hazırda qarşıya qoyduğu və sürətlə həyata keçirilən islahatların daha da effektiv olmasına öz təsirini göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR