«Rabitəbank»ın faiz mənfəəti kəskin artıb

«Rabitəbank»ın faiz mənfəəti kəskin artıb
# 13 fevral 2013 08:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 18,485 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 22,1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 12,1% artaraq 18,302 mln. manata çatıb.

Bankdan verilən məlumata görə, ötən il bank 183,5 min manat həcmində mənfəət əldə edib. Xatırladaq ki, 2011-ci ili bank 1,465 mln. manat həcmində zərərlə başa vurub.

Qeyd edək ki, hesabat ilində «Rabitəbank»ın faiz gəlirləri 15,805 mln. manat, qeyri-faiz gəlirləri 2,680 mln. manat, faiz xərcləri 9,433 mln. manat, qeyri-faiz xərcləri isə 8,869 mln. manata bərabər olub. Nəticədə, ötən ilin yekununda bankın faiz mənfəəti 2,1 dəfə, qeyri-faiz zərəri isə 27,0% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR