"Baku Steel Construction" şirkətinin İdarə Heyəti ləğv olunur

"Baku Steel Construction" şirkətinin İdarə Heyəti ləğv olunur
# 22 iyul 2016 09:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Baku Steel Construction" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

APA-Economics” ASC-nin idarə heyətinin yaydığı məlumata əsasən xəbər verir ki, səhmdarların yığıncağı 26 avqust, saat 11:00-da, Bakı şəhəri, Binəqədi şosesi, 53 nömrəli ünvanda yerləşən inzibati binada keçiriləcək.

"Baku Steel Construction" ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, ASC-nin idarə heyəti üzvlərinin geri çağırılması və səlahiyyətlərinə xitam verilməsi, təkbaşçı icra orqanının yaradılması ilə əlaqədar baş direktorun təyin edilməsi yığıncağın gündəliyində olan məsələlərdir.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək, cəmiyyətin Bakı şəhəri, Binəqədi şosesi, 53 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR