Azərbaycanın ixrac etdiyi İT məhsulların həcmi artıb

Azərbaycanın ixrac etdiyi İT məhsulların həcmi artıb
# 16 noyabr 2015 07:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycanda yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,0% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən artım 1179,0 mln. dollar təşkil edib. İdxal məhsulları sırasına bir sıra İT məhsulları, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları və digərləri daxildir.

Cari ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxsləri dünyanın 148 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə ixrac, 135 ölkədən isə idxal reallaşdırılıb. Ticarət dövriyyəsinin 9,2%-i MDB üzvü dövlətləri, 48,6%-i Avropa İttifaqı ölkələri, 42,2%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 19 467,6 mln. dolları, o cümlədən ixracın həcmi 12 889,1 mln. dollar, idxalın həcmi 6 578,5 mln. dollar təşkil edib, nəticədə 6 310,6 mln. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR