Tiflisdə ATƏT PA-nın illik sessiyası keçirilir

Tiflisdə ATƏT PA-nın illik sessiyası keçirilir
# 01 iyul 2016 13:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Tiflisdə ATƏT Parlament Assambleyasının illik sessiyasının plenar iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda Gürcüstan parlamentinin spikeri David Usupaşvili çıxış edib.

Həmçinin plenar iclasda Gürcüstanın prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili, ATƏT PA-nın prezidenti İlka Kanerva və ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerin çıxışı gözlənilir.

Xatırladaq ki, illik sessiya iyulun 5-dək keçiriləcək. Sessiyada Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR