Sədr: "Dörd bankın bağlanması ilə bağlı qərar Maliyyə Nazirliyi və Mərkəzi Bankla birgə verilib"

Sədr: "Dörd bankın bağlanması ilə bağlı qərar Maliyyə Nazirliyi və Mərkəzi Bankla birgə verilib"
# 22 iyul 2016 08:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasına aid deyil.

"APA-Economics" xəbər verir ki, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Ümumiyyətlə, bu bankların bağlanması ilə bağlı qərar yalnız Palataya aid deyil. Maliyyə Nazirliyi və Mərkəzi Bank da bu qərarın qəbul olunmasında iştirak edib", - deyə sədr qeyd edib.

Xatırladaq ki, MBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən yuxarıda adları qeyd edilən bankların lisenziyası ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR