Azərbaycanda oğurluqla məşul olan Gürcüstan vətəndaşları tutulub

Azərbaycanda oğurluqla məşul olan Gürcüstan vətəndaşları tutulub
# 17 aprel 2015 09:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda oğurluqla məşğul olan Gürcüstan vətəndaşları saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Nail Əsgərovun evindən 10 000 ABŞ dolları, 10 000 manat dəyərində qızıl əşyaları, 3 ədəd mobil telefon, geyim və məişət əşyaları oğurlamış Gürcüstan vətəndaşları Qriqoriy Kuraşvili, Nika Bumbeşvili və Qiyantsa Salakadze tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR